1901-ci ilin 7 oktyabrında Bakıda müsəlman qızlar üçün ilk təhsil ocağı- Qızlar Məktəbi açılıb

Tarix
1901-ci ilin 7 oktyabrında Bakıda müsəlman qızlar üçün ilk təhsil ocağı – Qızlar Məktəbi açılıb.
Məktəb tanınmış maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü ilə böyük mesenat, Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev tərəfidən inşa edilmişdi. “Cəmaat, qızlarımızın zəmanə dərsi oxumaları vacibdir” deyən H.Z.Tağıyevin min-bir əziyyət bahasına açdırdığı qızlar məktəbi 20-ci əsr müsəlman Şərq təhsil tarixində çevrilişə səbəb oldu. Bu, Cənubi Qafqazda müsəlman xanımlar üçün ilk ali təhsil müəssisəsi idi. Məktəbin direktoru Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikova-Zərdabi idi.

11 kişi ve yazı görseli olabilir
MM.AZ