Rusiyanın Sum vilayətinin Şostka şəhərində sərnişin qatarlarına hücumu nəticəsində bir nəfər ölüb.Globalinfo.az xəbər verir ki, bu barədə Sum Vilayət Prokurorluğu Feysbukda məlumat yayıb.Prokurorluq qeyd edir ki, cinayət işi Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci hissəsi – insan ölümü ilə nəticələnən hərbi cinayətlərin törədilməsi ilə tövsif edilib.“Sərnişin avtomobillərindən biri yanıb. Yanğının söndürülməsi zamanı xilasedicilər dəfələrlə atəşə tutulub, lakin xoşbəxtlikdən xəsarət alan olmayıb. Təhlükəyə baxmayaraq, yanğın tamamilə söndürülüb”, – DİN-in məlumatında qeyd olunub.***Rusiya Sumı vilayətində pilotsuz uçuş aparatları vasitəsilə sərnişin qatarına hücum edib. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb.Ukrayna prezidenti bu hücumu terror adlandırıb:“Hadisə nəticəsində onlarla insan yaralanıb. Bu, açıq şəkildə terror hücumudur, dünya belə bir addımı görməzdən gələ bilməz. Rusiya hər gün insanların həyatını əlindən alır”.
MM.AZ
