SSRİ-nin Azərbaycan əsilli memarı, Bakıdakı “Alimlər evi”nin, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, Nizami Kino Mərkəzinin, Azərbaycan Politexnik İnstitutunun (1931–1933), “Bakı Soveti” işçiləri üçün yaşayış (hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin və digər binaların layihələrinin müəllifi Mikayıl Hüseynov (1905-1992). Az vaxtda onun layihələri əsasında Bakı, Gəncə, Naxçıvan, Şəki, eləcə də Düşənbə, Moskva və s. şəhərlərdə mədəni-məişət binaları tikilib. Şərq və Qərb memarlıq məktəbinin sintezindan yararlanan Mikayıl Hüseynov əzəmətli yaşayış və ictimai binaların layihələrini hazırlayıb. Onun layihəsinə əsasən Hökumət Evinin yaninda 10 mərtəbəli 2 yaşayış binası, 16 mərtəbəli evlər (hamısı 1970 illər), keçmiş Lenin meydanının qərb tərəfində 16 mərtəbəli “Azərbaycan”, şərq hissəsində isə “Abşeron” (1985) mehmanxanaları tikilib. Sabah görkəmli memarın anım günüdür.
MM.AZ