Yerindəcə film səhnəsini xatırladan olayda polis əməkdaşları azyaşlı olduğu üçün uzun müddət həbs edə bilmədikləri məşhur oğrunun 18 yaşı tamam olan gün evinə tortla gəliblər.
Onu ad günü münasibətilə “təbrik” edən polis daha sonra gənci saxlayaraq bölməyə aparıb. Məlumata görə, həmin şəxs yetkinlik yaşına çatmamışdan əvvəl müxtəlif oğurluq hadisələrinə görə bir neçə dəfə polis nəzarətinə götürülüb, lakin qanunvericiliyə əsasən, barəsində ciddi tədbir görülə bilməyib.
youtube.com/shorts/o6W8VfkcKx4?feature=share
MM.AZ
YAQUB MEHDİ OĞLU