Sabah şəhid baş prokurorumuz İsmət Qayıbovun (1942-1991) doğum günüdür.
“Bacım ailə qurandan bir neçə gün sonra əmim bizi evinə dəvət etdi. Evdə qonaqlıq – bibilər, atam, qohumlar, 20-ə yaxın adam… Bütün məclisləri atam aparardı. Ayağa durdu, dedi ki, mən vətəndaşlıq borcumdan çıxdım. Qızım ailə qurub, oğlumu evləndirdim. Bundan sonra həyatımı tamamilə Qarabağ məsələsinə həll edə bilərəm. Məclisdəki qohumlar təəccüblə ona baxdılar. O, hətta evdə də Qarabağdan danışırdı”, – İsmət Qayıbovun oğlu İsmayıl Qayıbov.
MUASİRMEDİA.AZ