Hadisə Cəlilabadın Ləkin kənd orta məktəbində baş verib.
Məktəbin çağrışaqədərki hazırlıq müəllimi Telman Mirzəyevlə ibtidai sinif müəllimi Əfsun Məcidov arasında dərs saatı üstündə yaranan mübahisə davaya çevrilib.
Nəticədə müəllimlər bir-birlərinə yumruq zərbələri endiriblər.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.
Faktla bağlı araşdırma aparılır.
MUASİRMEDİA.AZ