Hadisə Salyan-Şirvan avtomobul yolunun rayonun Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayonun Qarabağlı kənd sakini, 38 yaşlı Emil Əzizov idarə etdiyi “Mersedes” markalı avtomobillə Ağcabədidən toydan qayıdarkən maşın idarəetmədən çıxaraq yol kənarında yerləşən avtoyuma məntəqəsinə çırpılb.
Zərbənin təsirindən avtomobil alışaraq yanıb. Nəticədə yanan avtomobildə sürücü də yanaraq həyatını itirib. Hadisə barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Məlumatda bildirillir ki, yanğın nəticəsində avtomobilin yanar hissələri, ümumi sahəsi 120 m² olan avtoyuma məntəqəsinin dam örtüyünün taxta atmaları 3 m² sahədə və xarici divarından keçən elektrik kabeli 2 paq.m yanıb.Yanğın yerinin kəşfiyyatı zamanı sürücünün yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Faktla bağlı araşdırma aparılır.

youtube.com/watch?v=cM4z6nmKPUY&feature=youtu.be
MM.AZ
YAQUB MEHDİ OĞLU