Piyada keçidlərindən istifadə etməyən, qaydalara əməl etməyən şəxslərə artıq real hadisələrin görüntüləri göstərilir.
Hər kadr — bir faciə, hər baxış — bir xəbərdarlıqdır.
Polis əməkdaşları paytaxtın Nizami rayonunda təhlükəli nöqtələrdə qayda pozan piyadalara ölüm və xəsarətlə nəticələnən qəzaların görüntülərini nümayiş etdirir.
Onlar çox vaxt təəccüblənir, “tələsirdik” – deyirlər.

Cavab: “Heç nə…”
Amma bəzən o “heç nə” — bir həyatın sonu olur.
MUASİRMEDİA.AZ
Mənbə DİN