Hərbi qulluqçumuz vəfat etdi

HƏRBİ

Azərbaycan Ordusunun hərbi qulluqçusu dünyasını dəyişib.

Əsgər İbrahimli Əli Ramin oğlu oktyabrın 5-də axşam saatlarında kəskin ürək-ağciyər çatışmazlığından vəfat edib.

Müdafiə Nazirliyi faktı  təsdiqləyib.

Qeyd edək ki, mərhum oktyabrın 6-da Şəmkirdə torpağa tapşırılıb.

Faktla bağlı araşdırma aparılır.

MM.AZ