İkinci Dünya Müharibəsində alayı ilə almanların 21 qırıcısını, 3 tankını və xeyli canlı qüvvəsini məhv edən, adına SSRİ-də gəmi verilən, Sovet İttifaqı Qəhrəmanı Həbibulla Hüseynov (1910-1945). 1942-ci ilin 16 dekabrından 1943-cü ilin 10 yanvarına qədər onun alayının döyüşçüləri 21 qırıcını, 3 tankı və xeyli sayda alman canlı qüvvəsini məhv edib. Müharibədə 2 dəfə yaralansa da yenidən döyüşlərə qatılıb. Polkovnik rütbəsinədək ucalıb. O, döyüşü ön cəbhədən idarə edirmiş. 1945-ci il aprelin 16-da döyüşdə h*əlak olub. Sovet İttifaqı Balıqçılıq Sənayesi Nazirliyinin gəmilərindən birinə onun adı verilib. Sabah H.Hüseynovun doğum günüdür.
MM.AZ