XTQ-nin baş leytenantı Nəbi Hüseynovun sabah şəhid olduğu gündür

HƏRBİ

Ailəsinin elçiliyə hazırlaşdığı, valideynlərini aldadıb müharibəyə gedən XTQ-nin baş leytenantı Nəbi Hüseynovun (1992-2020) sabah şəhid olduğu gündür. Murovdağ döyüşlərində iştirak edərək, düşmənin çoxlu sayda canlı qüvvəsini m*əhv edib. Oktyabrın 9-da elə, Hadrut istiqamətində şəhid olur. Atası Hacıbala Hüseynov: “Aprel döyüşlərinin də iştirakçısı olub. Ondan sonra xüsusi təyinatlılara keçib. Müharibə başlayanda, orada olduğunu demədi. Zəng edəndə deyirdi, Sumqayıtda işləyirəm. Şəhid olmamışdan bir gün qabaq zəng etmişdi. Soruşdum ki, “Haradasan?”, dedi, “İşdəyəm”. Sabahı da şəhid xəbərini eşitdik”.

MM.AZ