Qocalar evində bir atadan soruşmuşlar :
— Atacan, ən böyük arzun nədir ?
Qoca cavabında :
— Oğullarımın və qızımın həmişə xoşbəxt olması.
Yenidən soruşmuşlar ?
— Sən axı onların xoşbəxtliyini necə istəyə bilirsən? Onların heç biri sənə sahib çıxmayıb..
Qoca cavabında :
— Əzizlərim, onlar mənə sahib çıxmaya bilərlər, istəməyə bilərlər. Amma mən onların pisliyini, xoşbəxt olmamasını istəsəm, bunu Allah eşidəcək və onları ömür boyu bədbəxt edəcək. Onların bədbəxt olması isə məni qat-qat bədbəxt edəcəkdir. Axı onlar mənim balalarımdır…
P. S… Hər bir insan axirətini fikirləşməlidir, çox güman ki o övladlar axirətə inanmır, əyər bilsələr ki, onları nə gözləyir, Atalarını bir dəqiqə sahibsiz buraxmazlar.
MM.AZ