“Yubiley” mükafatı təqdim olunub

Mədəniyyət
Oktyabrın 9-da Akademik Milli Dram Teatrında yubiley yaşını qeyd edən sənətkarlara “Yubiley” mükafatı təqdim olunub.
Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov yubiley yaşlarını qeyd edən sənətkarları təbrik edib, onlara cansağlığı, daha böyük sənət uğurları arzu edib.
Mükafat Akademik Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadəyə, əməkdar artistlər Sənubər İsgəndərliyə, Abbas Qəhrəmanova, Vəfa Rzayevaya, Əminə Babayevaya, Pərviz Bağırova, Mirzə Ağabəyliyə, Almaz Amanovaya, Sevinc Əliyevaya, teatrın kadrlar şöbəsinin müdiri Səkinəxanım Hümbətovaya və butafor sexinin rəisi Samirə Həsənovaya təqdim edilib.
Mükafata layiq görülənlər göstərilən diqqətə görə teatr rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Ürəkdən təbrik edirik!
MM.AZ