“Emin Sabitoğlu ilə möhkəm dostluğunu təsvir edən yazıçı Ana

ƏDƏBİYYAT
“Emin Sabitoğlu ilə möhkəm dostluğunu təsvir edən yazıçı Anar qeyd edir ki, bir dəfə bir-birimizdən küsmüşdük.
Heç birimiz ilk barışıq addımını atmaq niyyətində deyildik. Amma hiss edirdim ki, mənim kimi o da barışmaq istəyir. Bir gecə telefonum zəng çaldı. Dəstəyi qaldırdım. Eminlə birgə yazdığımız, yəni sözləri mənim, musiqisi onun olan, filmlərimə yazılan mahnılar səslənməyə başladı telefonun o başından. Ardıcıl bir neçə mahnı. Bu müddət ərzində nə mən danışdım, nə də telefonun o başındakı. Dəstəyi yerə qoyandan sonra mən Eminə zəng vurdum. Guya ki, ilk addımı atırdım. Amma əslində ilk addımı o atmışdı. Lakin danışanda nə o bu zəng haqda bir söz dedi, nə də mən. Bu cür barışmaq yalnız Eminin ağlına gələ bilərdi. Bu epizod “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ndə və “Təhminə” filmində də var. Təhminə Zaura zəng vurub xalq mahnılarını səsləndirir. Zaur telefonu yerinə qoyub deyir ki, “belə ayrılmaq yalnız Təhminənin ağlına gələ bilərdi”.

Şəbnəm Xeyrulla.

MM.AZ