12.10.2025-ci il tarixində saat 17:40 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (qadın) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin səthi travması diaqnozu təyin edilib.
Pasiyentlərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
19:30
Goranboyda iki yeniyetmə qızı maşın vurub.
Hadisə rayon Qızılhacılı qəsəbəsində qeydə alınıb.
Belə ki hərəkətdə olan minik maşını yolu qarşı tərəfə keçmək istəyən 2013 cü ii təvəllüdlü N. Həsənova və 2011-ci il təvəllüdlü F.Qasımovanı vurub.
Piyadalar Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
MM.AZ