Tramp Qəzzada müharibəyə son qoyacaq sammitə Azərbaycanı da dəvət etməyi tapşırıb

Dünya
Azərbaycan Qəzza zolağında atəşkəs sazişinin imzalanması ilə bağlı Misirin Şarm əş-Şeyx şəhərində baş tutacaq Sülh Sammitinə dəvət olunub.
Bu barədə “Axios” portalının müxbiri Barak Ravid məlumat verib.
Ravid bildirib ki, ABŞ Dövlət Departamenti bu gün Şarm əş-Şeyxdə baş tutacaq Qəzza Sammitinə rəsmi dəvət göndərib.
ABŞ Trampın göstərişi ilə siyahıya İspaniya, Yaponiya, Azərbaycan, Ermənistan, Macarıstan, Hindistan, Salvador, Kipr, Yunanıstan, Bəhreyn, Küveyt və Kanadanı əlavə edərək, dəvət olunan ölkələrin sayını artırıb.
Qeyd edək ki, sammitdə İsrailin və HƏMAS’ın iştirakı gözlənilmir.

MM.AZ