(Dördüncü yazı)
Üç yazı dərc olundu. Faktlar, adlar, məbləğlər hamısı ictimaiyyətin gözləri qarşısında açıq şəkildə göstərildi. Yazılar sosial şəbəkələrdə geniş müzakirə olundu, yüzlərlə üzv narazılığını bildirdi, minlərlə oxucu bu məsələni gündəmin mərkəzinə çevirdi. Amma ən vacib sual hələ də cavabsızdır: niyə heç kim cavab vermək istəmir? Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyi, ona nəzarət etməli olan dövlət qurumları, hətta ictimai nəzarət orqanları belə dərin bir sükuta qərq olub. Elə bil, bu ölkədə minlərlə işçinin haqqını qorumaq üçün yaradılmış təşkilat deyil, toxunulmaz bir məbəddi bura. Yazılarda göstərilən faktlar təkcə idarəetmədəki özbaşınalığı deyil, həm də sistemin necə köhnəldiyini açıq göstərir. Amma nə bir təkzib, nə də bir araşdırma başladıldığı barədə məlumat var. Bu sükut təsadüfi deyil. Bu, çox şübhə doğuran bir sükutdur. Məsuliyyətdən yayınmağın, “görməməzlikdən gəlməyin” arxasında kimlər dayanır? Əgər deyilənlər yalan olsaydı, AHİK rəhbərliyi çoxdan bəyanat yayar, rəqəmlərlə, sənədlərlə ittihamları təkzib edərdi. Amma səssizlik davam edir. Çünki bu səssizlik artıq cavabdır, dolayısı ilə etirafdır. İllərdir qurumun içində formalaşmış sistem indi öz-özünü müdafiə edə bilmir. Üzvlərin puluna, etimadına söykənən bu sistem o qədər rahatlığa öyrəşib ki, cəmiyyət qarşısında hesabat verməyi belə özünə sığışdırmır. Ən maraqlısı odur ki, bu qədər açıq faktlar, etiraflar, məbləğlər göstərildiyi halda, dövlətin məsul orqanları (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, Hesablama Palatası və digər nəzarət strukturları) bir kəlmə belə açıqlama vermir. Halbuki bu qurumların hər biri qanunla AHİK-in fəaliyyətinə nəzarət etmək, şəffaflığı təmin etmək öhdəliyi daşıyır. Amma görünən odur ki, nəzarət yalnız kağız üzərində var. Faktiki olaraq isə heç kim məsuliyyət daşımır. İndi elə bir mənzərə yaranıb ki, sanki bütün qurumlar bir-birinə baxır, amma heç kim addım atmır. Hər kəs bu məsələni “başqasının səlahiyyətinə aid” sayır. Bu isə cəmiyyətə açıq mesaj verir ki, sistem öz daxilindəki problemi həll etmək istəmir. AHİK-də baş verənlər tək bir təşkilatın daxili problemi deyil, artıq idarəetmənin ümumi mənzərəsini göstərən bir sübudur. Əvvəlki yazılardan sonra mənə müxtəlif istiqamətlərdən təkliflər gəldi. Kimsə “mövzunu bağlamaq” istədi, müxtəlif dairələrdə haqqımda araşdırmalar aparıldı. Doğulduğum kəndə, yaşadığım ünvana, ünsiyyətdə olduğum insanlara kimi cəhd edirlər. Maraqlı orasındadır ki, bunlar öz “fəaliyyət”inə düzəliş etmək əvəzinə mənim kimliyinə maraqlanırlar. (?) (Mən sıravi bir vətəndaş, fəaliyyətini araşdırdığım təşkilatın üzvüyəm. Mənim şəxsiyyətimi araşdırmaqdansa qanunsuz əməllərinizdən əl cəkin.) Amma mən bu yazıları şəxsi maraqla deyil, ictimai məsuliyyətlə yazıram. Çünki bu məsələ sadəcə bir jurnalistin deyil, minlərlə müəllimin, tibb işçisinin, zavod fəhləsinin haqq məsələsidir. İnsanların maaşından hər ay kəsilən üzvlük haqları harasa yoxa çıxırsa, bu, artıq təkcə bir təşkilatın deyil, dövlət sisteminin etimad böhranına çevrilir. Bir tərəfdə 4000-5000 manat maaş alan “fəxri fərmanlı” məmurlar, o biri tərəfdə isə 600 manat maaşla ailəsini dolandırmağa çalışan işçilər. Bir tərəfdə xidməti avtomobillər, sanatoriyalar, yüksək maaşlı aparat rəhbərləri, o biri tərəfdə isə iş yerlərində elementar təhlükəsizlik şəraitindən məhrum olan insanlar. Bu uçurum hər keçən gün daha da dərinləşir. Amma nə AHİK, nə də ona nəzarət edənlər bu uçurumu görmək istəmir. Əgər bir həmkarlar ittifaqı üzvlərin səsini eşitmir, onların pulunu hesabat vermədən xərcləyirsə, o qurum artıq həmkarlar ittifaqı deyil, sadəcə adını daşıyan bir strukturdur. Həm də üzvlərin etimadını, hüquqlarını və inamını itirən bir struktur. Və indi bu qurumun arxasında duran sükut həmin etimadsızlığın rəsmi möhürünə çevrilib. Bütün bunların fonunda vəziyyət daha da paradoksal hal alıb. Yeni rəhbərlik israfçılıq və nümayişkarlıqla məşğuldur. Əsas binadan işçiləri çıxararaq, yüksək məbləğdə kirayə haqqı ilə yeni ofislər tutulub. Deyilənə görə, rəhbər şəxslərin iş otaqlarında hətta cakuzi quraşdırılıb. Bu isə həm simvolik, həm də real mənada AHİK-in üzvlərdən uzaq düşdüyünü göstərir. İnsanların haqqını müdafiə etməli olan qurumun rəhbərliyi indi həmin insanların üzvlük haqları hesabına lüks şəraitdə “fəaliyyət” göstərir. Üstəlik, bu şəraitdə nə media nümayəndələri, nə də üzvlərin özləri rəhbərliklə görüşə bilirlər. Çünki artıq “qapılar bağlanıb”. Bu mənzərə həm maddi, həm də mənəvi məsafənin göstəricisidir. Bir tərəfdə işçilərin səsini eşitməyən bir qurum, digər tərəfdə isə bu quruma inanmaq istəyən minlərlə insan. Bu uçurum böyüdükcə, həmkarlar ittifaqının varlığı da mənasını itirir. Cəmiyyətin gözlədiyi çox sadə bir tələb var – “Araşdırma aparılsın və nəticələr ictimaiyyətə açıqlansın.” Bu haqlı tələbə aydınlıq gətirmək bu qədərmi çətindir? Unutmayaq ki, cavabsızlıq da bir cavabdır. Əgər qanun hər kəs üçün bərabərdirsə, o zaman bu qanun həm də üzvlərin pulu ilə yaşayan quruma aid olmalıdır. Əgər bir kiçik sahibkar vergi bəyannaməsində səhv etdiyi üçün cərimə olunursa, amma yüz minlərlə insanın haqqı ilə idarə olunan bir təşkilat hesabat vermədən milyonlarla manat xərcləyirsə, bu, artıq ədalətin deyil, cinayətin göstəricisidir. Mən bu yazıları həqiqəti cəmiyyətə çatdırmaq üçün yazıram. Çünki bəzən ən böyük etiraf sözlə deyil, susmaqla edilir. Və əgər bu susqunluq davam edirsə, deməli, bu, artıq günahsızlıq yox, günahın etirafıdır. Əgər bütün bu faktlar qarşısında yenə də susqunluq davam edəcəksə, mən artıq bu məsələni ölkə daxilində deyil, beynəlxalq müstəvidə qaldırmaq məcburiyyətində qalacağam. Bu məqsədlə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasına (ITUC) rəsmi müraciət hazırlayıram. Əgər ölkə daxilində həmkarlar ittifaqlarının fəaliyyətinə nəzarət edən qurumlar reaksiya vermirsə, deməli, bu məsələ artıq beynəlxalq həmrəylik səviyyəsində müzakirə olunmalıdır. Bu, şəxsi qərəz deyil, minlərlə işçinin haqqının qorunması naminə atılan zəruri addımdır. P. S. Yayda üç ay Avropanın bir neçə ölkəsində oldum. Açıq şəkildə deyə bilərəm ki, bircə Azərbaycanın “ASAN xidmət” sistemi bütün Avropaya dəyər. Dövlət başçısının təşəbbüsü ilə yaradılmış bu model vətəndaş rahatlığı və şəffaflığın nümunəsidir. Bu fakt bir daha sübut edir ki, düzgün idarəetmə, məsuliyyət və ictimai xidmət mədəniyyəti bu ölkədə mümkündür. Elə buna görə də təəssüf doğurur ki, AHİK kimi qurumlar əks istiqamətdə hərəkət edir. İnsanların rahatlığı üçün dövlət müxtəlif qurumları bir araya gətirir, bunlarsa öz şəxsi komfortları üçün əsas binadan işçiləri çıxarıb, ayrı-ayrı yerlərdə yüksək kirayə haqları ilə ofislər tuturlar. Bu, həm simvolik, həm də praktik mənada “xalqdan uzaqlaşma”nın bariz göstəricisidir.

MUASİRMEDİA.AZ
Şərafəddin İlkin, Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü, “Rəsul Rza mükafatı” laureatı