11.10.2025 – ci il tarixdə Qobustan rayonunun Nardaran kəndində şəhid Baxışov Cahangir Əmrah oğlunun il mərasimi keçirilmişdir. Mərasimdə Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Əkbərov, hüquq mühafizə orqanlarının rəhbərləri, aparat əməkdaşları, şəhidin ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və Nardaran kəndinin sakinləri iştirak etmişdir.
Cahangir Baxışov 1 aprel 2001-ci ildə Qobustan rayonun Nardaran kəndində anadan olmuşdur.
Cahangir Baxışov 2 aprel 2019-cu il 9 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Cahangir Baxışov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayıl rayonun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edərək, 2020-ci il oktyabrın 9-da şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən Cahangir Baxışov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
MUASİRMEDİA.AZ GÜLƏR AMİN