Uşaqları belə böyük ürəkli böyütmək lazımdır

Təhsil
Deməli, Xədicə adlı bu qız hər iki valideynini itirib. 2-ci sinifdə oxuyan qızın sinif yoldaşları onun üzündə təbəssüm görmək, az da olsa ağrı-acılarını unutdumaq üçün Xədicəyə sürpriz ediblər.
Uşaqları belə böyük ürəkli böyütmək lazımdır.
Tolstoy demiş: “Ağrını hiss edirsənsə, canlısan. Başqasının ağrısını hiss edirsənsə, insansan”Siyəzən şəhər 4 saylı məktəbin 2c sinif şagirdlərinin hər iki valideynini itirmiş Xədicəyə sürpriz edib.

Səhər dərsə gələn Xədicəni tortla qarşılayıb, ona ad günü keçiriblər. Sinif yoldaşları ona tort bişirib, hədiyyələr alıb və öz sevgilərini göstəriblər.

MUASİRMEDİA.AZ