Hamilə bir qadın ərindən soruşur:
– Nə gözləyirsən, oğlan, yoxsa qız?
Əri cavab verir:
– Oğlan olsa, ona riyaziyyat öyrədəcəm, birgə idman edəcəyik, balıq tutmağı öyrədəcəm və s.
Gülən qadın soruşur:
– Bəs qız olsa?
Əri gülümsəyir və deyir:
– Qız olsa, ona heç nə öyrətməyim lazım olmayacaq. O mənə hər şeyi öyrədəcək: necə geyinməyi, necə yemək yeməyi, nə deməli və nə deməməli olduğumu. Çox tezliklə mənim üçün ikinci bir ana kimi olacaq və xüsusi heç nə etmədən belə məni həmişə qəhrəman kimi görəcək. Ona “yox” dedikdə məni anlayacaq, amma yenə də gələcək həyat yoldaşını mənimlə müqayisə edəcək. Neçə yaşına çatsa da, hər zaman onu kiçik şahzadəm kimi görməyimi istəyəcək. Mənim üçün dünyaya qarşı mübarizə aparacaq və əgər kimsə mənə zərər versə, onları heç vaxt bağışlamayacaq.
Bir qədər maraqlanan qadın soruşur:
– Bütün bunları qız edər, amma oğlan etməz?
Əri deyir:
– Yox, yox! Mənim oğlum da edə bilərdi, amma zamanla öyrənməli olacaq. Digər tərəfdən qızlar bu xüsusiyyətlərlə doğulurlar. Qız atası olmaq hər kişi üçün əsl qürurdur.
Sonra qadın deyir:
– Amma o, həmişə bizimlə olmayacaq.
Əri nəvazişlə cavab verir:
– Bəli, amma biz həmişə onun yanında olacağıq, qəlbində, hara getsə də.
Qızlar mələkdir…
Həmişəlik, qarşılıqsız sevgi və qayğı ilə doğulurlar.
MM.AZ