Ərdoğan təyyarəni havada gözlətdi: Netanyahunun dəvəti ləğv edilməsə, enməyəcəyik!
Bu barədə detallara varmadan rəsmi Anadolu agentliyi məlumat yayıb.
Misir Prezident ofisnin Netanyahunun da gələcəyinə dair açıqlamasından sonra Ərdoğanı daşıyan təyyarə Şarm əl-Şeyx Beynəlxalq Hava Limanında eniş zolağını keçərək səmada qalıb.
Təyyarə bir müddət Qırmızı dəniz üzərində gözlədikdən sonra Netanyahunun sammitə qatılmayacağı elan edilincə eniş qərarı verilib.
Prezident Ərdoğanın Netanyahunun iştirak etdiyi sammitə qatılmayacağını qarşı tərəfə bildirməsindən sonra Netanyahunun sammitdə iştirakının ləğv edildiyi iddia olunur.
Yayılan digər məlumata görə, əslində, Netanyahu sammitə dəvət edilmədiyini Trampa giley edib. Tramp isə özü dəvət edərək onun də gəlməsini söyləyincə, Netanyahu ev sahibi Misirin onu dəvət etmədiyini deyib. Tramp Misir prezidentini yığaraq İsrail Baş Nazirini də dəvət etməsini istədiyini bildirincə, Sisi Netanyahuya zəng edərək onu dəvət etməli olub. Xəbər həmin vaxt artıq təyyarədə olan Ərdoğana çatınca isə hadisələr yuxarıda yazıldığı kimi cərəyan edib.
MUASİRMEDİA.AZ