Şirvan məktəbindən yenilik: Etibar qutusu yaradıldı

Təhsil

Şirvan məktəbindən yenilik: Etibar qutusu yaradıldı...

Şirvan şəhəri Elçin İmanov adına 10 nömrəli tam orta ümumtəhsil məktəbində  yaradılan “Etibar qutusu” şagirdlərin psixoloji rifahına, mənəvi rahatlığına və emosional balansına xidmət edən mühüm təşəbbüsdür. Bu qutunun əsas məqsədi – ünsiyyət çətinlikləri yaşayan, hiss və düşüncələrini açıq şəkildə ifadə etməkdə çətinlik çəkən şagirdlərə səs vermək, onlara öz duyğularını paylaşmaq imkanı yaratmaqdır. Bu təşəbbüs məktəbdə mehriban, anlayışlı və etimad dolu mühitin formalaşmasına xidmət edir. “Etibar qutusu” yalnız bir poçt qutusu deyil – o, dinləyən, anlayan və yardım edən bir dost kimidir. Şagirdlər özlərini tək hiss etmədiklərini anlayır, etibarın və səmimiyyətin dəyərini daha dərindən hiss edirlər.

MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU