Səttar Bəhlulzadə Moskvada təhsil alarkən onunla birlikdə görkəmli rəssam Maral Rəhmanzadə də oxuyur və gənc rəssam bu xanıma vurulur.
Maral xanım şən, mehriban və ünsiyyətcil olduğu üçün ətrafında çoxlu dostları olduğundan gənc Səttar hər zaman öz zahiri görkəmindən utanır və sevgisini bildirə bilmir. Maral xanımın Səttarın ürəyindəkindən xəbəri olmasa da, onunla möhkəm dostluq edir və yaraşıqlı oğlanlar tərəfindən ona edilən eşq təkliflərini Səttara danışır. Səttar isə qulaq asır… və xəlvətə çəkilib gizlində ağlayır.

O, sevgisinin cavabsızlığına bir daha əmin olur. Lakin buna baxmayaraq, o, sevgilisinin şəklini bir kağıza çəkir və sevgisini etiraf edir. Kağızı kitabın arasına qoyub Maral xanıma verir və onu (kitabı) oxumağı məsləhət görür.
Günlərin bir günü Maral xanım milliyyətcə rus olan bir cavana aşiq olduğunu Səttara danışır və onları tanışdırır. Bu isə Səttarın həyatında məhəbbətinə oxunan “ölüm hökmü” günü kimi həmişəlik qalır. Təhsilini bitirib Bakıya qayıdarkən Maraldan verdiyi kitabı geri istəyir. Kitabı varaqlayarkən arasındakı məktubun heç açılmadığının şahidi olur və başa düşür ki, o ömürlük tənhalığa məhkumdur.
Bu kədər, bu dərd əbədi olaraq onun gözlərinin aynasına çevrilir…
Məhbubə Hacıyevanın “Fələklər yandı ahımdan” romanından. Paylaşdı: Vüsalə Məmmədli.
MM.AZ