“Nazirlər Kabineti işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara kommunal xidmətlərə görə maliyyə yardımının ödənilməsi qaydasına dəyişiklik edib. Yeni qərara əsasən, bu ərazilərdə yaradılmış sənaye parklarında fəaliyyət göstərən sahibkarlara elektrik, qaz, su və tullantı sularına görə ödənişlərin 20 faizi dövlət tərəfindən qarşılanacaq”.
Bu barədə məlumatı deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, maliyyə yardımı İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən 2023-cü il yanvarın 1-dən hesablanaraq həyata keçiriləcək, güzəştlər 10 il müddətinə şamil olunur və aylıq qaydada sahibkarların hesabına köçürüləcək:
“Bu qərarın məqsədi Qarabağ və Şərqi Zəngəzurda sahibkarlığın inkişafını və investisiyaların artımını dəstəkləməkdir”.
MM.AZ