Ramiz Mehdiyev DTX tərəfindən saxlanılıb, barəsində 4 aylıq ev həbsi seçilib

Cəmiyyət
Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib.
 Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Qeyd edək ki, R.Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub. 2019–2022-ci illər arasında isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edib.

 O, Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham olunur:
Maddə 278. Hakimiyyətin zorakılıqla ələ keçirilməsi və ya saxlanılması, konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsi
Maddə 274. Dövlətə xəyanət
Maddə 193. Saxta sahibkarlıq
Ramiz Mehdiyev insanların yaddaşında necə qalıb?

MUASİRMEDİA.AZ