Ramiz Mehdiyev Əli Həsənovla birlikdə mənim ömrümü tərsinə yazan adamdır-ƏVƏZ ZEYNALLI

Cəmiyyət
Ramiz Mehdiyev öz komandası və Azərbaycan müstəqil mediasını ağlar günə qoyan xas adamı Əli Həsənovla birlikdə mənim ömrümü tərsinə yazan adamdır.
Ankaraya enən kimi eşitdim ki, “vətənə xəyanət” və “dövlət çevrilişinə cəhd” maddələri ilə ev dustaqlığına məhkum edilib. Bu haqda təbii ki, danışacağam. Zatən Azərbaycanı de-fakto idarə etdikləri o qaranlıq zamanlarda od olub başlarına yağmışam. “Xural” qəzetinin arxivləri və 2011-ci il məhkəmələrinin materialları durur, məhkəmədə onların şahid kimi işə cəlb olunmaları haqqında verdiyim təxminən 1 cildlik vəsatətlər var…
Nə demişlər? Kimsə yaşatdıqlarını yaşamadan ölməz. 2013-cü ildə Ramiz Mehdiyevin ad gününə həsr etdiyim bir yazıda ona 150 il ömür arzulamışdım ki, yaşa, başına gələcəkləri gör…
Azərbaycanın belini qıran, milli vətənpərvər kəsimin qənimi olan bu adamlar çox gec də olsa cəzalarını almalıdır…
Necə deyərlər, ah Ramiz Mehdiyev, vah Ramiz Mehdiyev. Allah bir gün mıxı mismar edir, görürsənmi? O birilər də görəcək!  MUASİRMEDİA.AZ