Azərbaycan Parlamentinin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, millət vəkili Cavanşir Paşazadə 1-14 oktyabr tarixlərində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində ABŞ-da səfərdə olub.
Səfərin proqramında ABŞ-ın müxtəlif şəhərlərində, o cümlədən, Solt-Leyk Siti, Vaşinqton və Nyu-Yorkda bir sıra işgüzar görüşlər nəzərdə tutulmuşdu. Millət vəkili C. Paşazadə Solt-Leyk Siti şəhərində nümayəndə heyətinin tərkibində “İsa Məsihin Son Zamanlar Müqəddəsləri Kilsəsi”nin, Yuta ştatının Senatının və G20 Dinlərarası Forumu Assosiasiyasının rəhbərlikləri ilə görüşlərdə iştirak edib. O, həmçinin adı çəkilən kilsənin qlobal konfransında iştirak edib, “Desert News” qəzetinin Şeyxülislamla apardığı müsahibədə iştirak edib və qəzet müxbirinin bir sıra suallarını cavablandırıb. C. Paşazadə

Azərbaycan və ABŞ arasında dinlərarası əlaqələrin yüksək səviyyəsini alqışladığını bildirib. O, ABŞ prezidenti Donald Trampın, Azərbaycan prezidenti cənab İlham Əliyevin və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə imzalanmış sülh protokolunun Cənubi Qafqazda sülh, əmin-amanlıq və inkişaf üçün yeni səhifə açdığını, kommunikasiya imkanlarının inkişafı üçün yeni perspektivlər yaratdığını xüsusi qeyd edib və bununla bağlı ABŞ dövlətinə təşəkkürlərini ifadə edib.
Oktyabrın 7-dən etibarən görüşlər Vaşinqtonda davam edib. Burada
Şeyxülislam Allahşükür Paşazadə və müşayiətçi heyət bir sıra mühüm görüşlər, o cümlədən, ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının üzvləri, habelə ABŞ vitse-prezidenti ofisinin əməkdaşları ilə görüşüb.
Daha sonra QMİ sədrinin başçılıq etdiyi heyət Nyu-York şəhərinə keçid alaraq burada BMT baş katibi Antonio Quterreş, BMT Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi, Baş katibin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi M.Moratinos, nüfuzlu yəhudi din xadimi, Ravvin Artur Şnayer, habelə “Dinlər Sülh Uğrunda” təşkilatının baş katibi, Nobel mükafatı kaureatı Dr. Frensis Kuria ilə görüşlərdə iştirak edib.
C.Paşazadə
ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək bu əlaqələrin bünövrəsini Ümummilli lider, Ulu öndər Heydər Əliyevin qoyduğunu və bugün Azərbaycan Respublikasının prezidenti cənab İlham Əlyev tərəfindən uğurla davam etdirildiyini bildirib. O, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü olaraq Azərbaycanda fəaliyyət göstərən müxtəlif icmalarla mütəmadi görüşdüklərini, onları maraqlandıran məsələləri həll etmək üçün səy göstərdiyini bildirib, Azərbaycanın Ali Qanunvericilik orqanının ölkədəki tolerantlıq və multikulturalizm mühitinin möhkəmlənməsinə verdiyi töhfələrdən danışıb. C.Paşazadə parlament üzvü olaraq Azərbaycan və ABŞ-ın dini mərkəzləri və dini liderləri arasında artan əməkdaşlığa tam dəstək verdiyini dilə gətirib. Bildirib ki, Azərbaycanda hökm sürən dinlərarası tolerantlıq və multikulturalizm mühitinin
nümunəvi səviyyəyə çatması dövlət rəhbərimizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərdikləri xüsusi diqqəti və himayəsi sayəsində mümkün olub.
Qeyd edək ki, görüşlərdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov, Azərbaycanın ABŞ-dakı Fövqəladə və Səlahiyyətli səfiri Xəzər İbrahim və Azərbaycan Respublikasının BMT yanındakı Daimi Nümayəndəsi Tofiq Musayev iştirak etdilər.
MUASİRMEDİA.AZ