Ramiz Mehdiyevə villalar və turizm bölgələrində hektarlarla ərazi hədiyyə edən icra başçıları

ölkə

Ramiz Mehdiyevə villalar və turizm bölgələrində hektarlarla ərazi hədiyyə edən icra başçıları çox olub.
Bunlardan biridə Siyəzən Rayon İcra Hakimiyyəti başçısı Novruz Novruzovdur. O, Şabran rayon icra hakimiyyətinin başçısı olan dövrdə rayonun Gilavar kəndində 2 ev tikdirərək Ramiz Mehdiyevə hədiyyə edib. Kəndin ucqar hissəsində yan-yana inşa edilən bu evlərdən biri taxta konstruksiyalıdır. Rayon mərkəzindən təxminən 30 km məsafədə yerləşən kənddə Ramiz Mehtiyev -ə məxsus daha bir villa da mövcuddur. Novruz Novruzovun mülklərinin sayı-hesabı yoxdur. Mülklər, hektarlarla torpaq sahələrini əsasən qızı və yeznəsinin adına sənədləşdirdiyi iddiaları var. İllər öncə bəzi mülklərini və hektarlarla ərazidə yerləşən münbüt torpaqlarını dəyərindən aşağı satmağı baradə faktlar var. Bizlər bununla bağlı müxtəlif illərdə aidiyyəti qurumlara rəsmi müraciətlər etsəkdə hələki aidiyyəti qurumlar susmağı üstün tuturlar. Mən təklif edirəm ki, qeyri-qanuni yollarla əldə etdikləri varidatları əllərindən alınaraq Heydar Aliyev Foundation büdcəsinə verilsin. Adı çəkilən fond məktəblərin tikintisi və digər xeyirxah işlərlə məşquldur. Bu məsələdə güzəştə getmək olmaz. Çünki uzun müddətdir ki, zəli kimi xalqın qanını içiblər. Həbslərin davamını xalq olaraq səbirsizliklə gözləyirik! MM.AZ