Lənkəranda anadan olan, Vətən müharibəsi şəhidi, evin tək oğlu Elşad Zeynallının bu gün anım günüdür.
–Zeynallı Elşad Elman oğlu 1996-cı il oktyabrın 22-də Lənkəran rayonunda doğulub. Elşad Zeynallı 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə könüllü olaraq qatılıb və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
–E Zeynallı ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Allah rəhmət eləsin. Ruhu şad olsun.
MUASİRMEDİA.AZ