Şübhəsiz ki, Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyası Veteranlar Şurasından çıxarılacaq, orada qalmayacaq.
Bunları “Pravda. az”-a haim YAP-ın Veteranlar Şurasının sədri Arif Rəhimzadə deyib.
Rəhimzadə qeyd edib ki, Mehdiyev Veteranlar Şurasının işində iştirak etmirdi: “Özü haqqında yüksək fikirdə olan insan da deməzdim, məxluqdur. Araşdırma gedəcək, lazımi cəzasını alacaq. Ona ömürlük həbs cəzası verilib-verilməyəcəyini deyə bilmərəm. Bu, məhkəmənin səlahiyyətidir”, – sədr bildirib.
Azərbaycan Prezidenti Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev bir sıra cinayətlərdə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham irəli sürülüb.
Səbail rayon məhkəməsi onun barədə cinayət işi üzrə qərar qəbul edib. Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
MUASİRMEDİA.AZ
MUASİRMEDİA.AZ