Gənclər arasında daxili işlər orqanlarında xidmətə və təhsilə marağın artırılması məqsədilə təşviqat kampaniyaları davam etdirilir.
– Keçirilən görüşlər, təqdimatlar və maarifləndirici tədbirlər nəticəsində daxili işlər orqanlarının təhsil sisteminə maraq ildən-ilə artır, gənclər Polis Akademiyasını təkcə nüfuzlu ali təhsil müəssisəsi kimi deyil, həm də təhlükəsizliyin, əmin-aman gələcəyin və Vətənə xidmətin ünvanı kimi görürlər.
–Bu gün Polis Akademiyası ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından birinə çevrilib. Bunu 2025/2026-cı tədris ili üçün keçirilən qəbul prosesi bir daha təsdiqləyib.
– 2024/2025-ci tədris ilində qəbul üçün 2250 nəfər müraciət etdiyi halda, bu tədris ilində həmin rəqəm 2938 nəfərə yüksəlib. Ən yüksək bal hüquqşünaslıq ixtisasında 675,3, informasiya təhlükəsizliyi ixtisasında isə 675,7 olub. Ümumilikdə 72 nəfər 600 baldan çox nəticə göstərib.
MM.AZ