Taksi qiymətləri qalxacaq-limit qoyulub

Cəmiyyət

Ötən gün isə Nazirlər Kabineti Bakı şəhəri ərazisində fəaliyyət göstərən taksilərin sayına limit tətbiq edilməsi ilə bağlı yeni qərar qəbul edib. Belə ki, paytaxt ərazisində mövcud olan taksilərin sayı ümumi olaraq 25 min təşkil edəcək. Qərar 1 noyabr 2025-ci il tarixindən qüvvəyə minəcək.

 

Qəbul olunan qərar nə qədər effektiv olacaq? Bu qərarın tətbiqindən sonra hansı müsbət və mənfi nəticələri müşahidə edə bilər.

“Yəqin ki, bu qərarın məqsədi sıxlıq və tıxacın qarşısının alınmasıdır. Amma qərarın nə dərəcədə effektiv olacağı sual doğurur. Ən azından nə qədər qadağa qoyulsa da, qeyri-qanuni fəaliyyət göstərən taksilər yenə də fəaliyyətlərinə davam edəcəklər və belə sürücülər mövcud olacaq. Bu qərarın əsas fəsadlarından biri o olacaq ki, qiymətlərdə artım müşahidə olunacaq. Bu səbəbdən qeyri-qanuni fəaliyyət göstərən taksilərin növləri daha da artacaq”.

Ekspert düşünür ki, qərarın məqsədi müsbət olsa da, effektiv nəticə verməyəcək. Onun sözlərinə görə, xarici ölkələrin təcrübəsində bu məqsədlə atılmış daha məqsədyönlü addımlar mövcuddur.

“Şəhərin mərkəzində sıxlıq və tıxacın qarşısının alınması məqsədilə atılan bu addımın xarici təcrübədə alternativ formaları var. Məsələn, bəzi Avropa ölkələrində həftənin bəzi günləri insanlara şəxsi avtomobillərdən istifadəyə icazə verilmir və yaxud digər ölkələrdə isə buna bənzər digər formalarda qaydalar var ki, onlar da tıxacın qarşısının alınması yolunda müsbət nəticələr göstərir. Biz də bu təcrübələrə əsaslanaraq daha yaxşı nəticələr əldə edə bilərik”.

Rövşən Həsənov xüsusilə qeyd edib ki, məhz ictimai nəqliyyatın fəaliyyətinə bu cür məhdudiyyətlər tətbiq etmək əks təsir də göstərə bilər.

MUASİRMEDİA.AZ