Azərbaycandakı mövcud rejimin ideoloqu da, dövləti xərçəng kimi sarımış agentura şəbəkəsinin rəhbəri də, rüşvət və korrupsiya sisteminin idarəçisi də, osminoq Ramiz Mehdiyevin olması hamıya məlumdur.
Vaxtilə R.Mehdiyevin əlini öpənlər, indi ayağından dartmağa başlayıblar. Bunların da məqsədi,özlərini qorumaq üçün gizlətmək,rusiyayönlü şəbəkəni kamuflyaj edib, missiyalarını altdan-altdan davam etdirməkdir.
Əgər bu səkkizayaqlının
(osminoq) dövlət və hökumət idarəçiliyindəki ayaqlarının hamısı kəsilməsə, bu məxluqun varlığı da, həbsi də, ölüsü də,qurduğu əxlaqsız və ədalətsiz rejimin uzun müddət yaşamasına,formalaşdırdığı iyrəncliyin ört-basdır edilməsinə,qurduğu agentura sisteminin gizlədilib qorunmasına, onların kamuflaj olunmasına xidmət edəcəkdir.
Olmazsa,bir Ramizi qurban verib,vətən xailərindən ibarət bir sistemi yaşatmaq oyunundan başqa bir şey olmayacaq.
Eyni zamanda,Osminoqun həbsi üzərindən İddia olduğu kimi,bu, dövlət çevrilişinə,hakimiyyət dəyişikliyinə cəhd deyil, rejimin yenilənməsinə-dirilişinə çabadır.
MUASİRMEDİA.AZ