Müdafiə Nazirliyinin “İstirahət evi”nin rəisi, mayor İlham Haqverdiyev barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat daxil olub.
Təqdimata bu gün Bakı Hərbi Məhkəməsində baxılıb.
Məhkəmə istintaq orqanın təqdimatını təmin edib və mayor İlham Haqverdiyev barəsində 2 ay 20 gün müddətə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin “İstirahət evi”nin rəisi, mayor İlham Haqverdiyev bu gün saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.
***
Müdafiə Nazirliyinin “İstirahət evi” rəisi saxlanılıb.
Bununla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb.
Mayor İlham Haqverdiyev rüşvət ittihamı ilə saxlanılıb. Ona Cinayət Məcəlləsinin 311-ci (rüşvət) maddəsi üzrə cinayət işi açılıb.
Onun barəsində qətimkan tədbiri seçilməsi üçün Bakı Hərbi Məhkəməsinə təqdimat daxil olub. Təqdimata baxılacaq.
Qeyd edək ki, İlham Haqverdiyevin saxlanılması barədə ilkin olaraq “Qafqazinfo” məlumat yayıb.
Müdafiə Nazirliyinin Abşeronun Görədil kəndində yerləşən Mərkəzi Sanatoriyası hazırda “İstirahət evi” adlanır.
MUASİRMEDİA.AZ