Lənkəranda xəndəklər sel suları ilə dolub həyətyani sahələrə daşıb.
Məlumata görə ötən gecədən Lənkəran rayonuna yağan leysan xarakterli intensiv yağışlar daha çox şəhər ərazisinə, ara məhəllələrə ciddi ziyan vurub. Suötürücü və selötürücü kanallar sel suları ilə dolub. Suyun axarı olmadığından, sel suları ara məhəllərədəki həyətyani sahələrə və 2-ci mikrorayon ərazilərində binaların qarşısına daşıb. Binaların qarşısında yığılıb qalan sel sularına görə, sakinlər evlərinə girib-çıxmaqda çətinlik çəkirlər. Sürücülər isə deyir ki, küçədə yığılıb qalan sularla, xəndəklərdə yığılan sular eyni bərabərdə olduğuna görə sürücüləri çaşdırır və nəqliyyat vasitəsinin təkəri xəndəyə düşür. Şəhər icra hakimiyyətindən şifahi olaraq bildirildi ki, suötürücü və selötürücü kanallar tez – tez təmizlənir. Ayrı – ayrı vətəndaşlar əllərindəki tullantıları xəndəklərə atırlar. Bu da suyun axarının qarşını alır. Hazırda xəndəklər mərhələli şəkildə təmizlənir. Qeyd edək ki, rayon ərazisində yağışlı hava şəraiti davam edir.

MUASİRMEDİA.AZ