Ramiz Mehdiyevin AİLƏ ÜZVLƏRİNİN ÖLKƏDƏN ÇIXIŞINA QADAĞA QOYULDU

Cəmiyyət
Barəsində cinayət işi açılan Ramiz Mehdiyevin bütün ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət qoyulub.
Bunlar R.Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva, oğlu Teymur Mehdiyev, qızı Kamilə Əliyevadır.
Məlumatda, həmçinin Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin də ölkədən çıxışına qadağa qoyulduğu deyilir.
Qeyd edək ki, general-mayor Teymur Ramiz oğlu Mehdiyev fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavinidir.

MM.AZ