Şuşada 5 saat yaralı halda döyüşən “Mixaylo” ləqəbli Mehti Şıxəliyev

HƏRBİ
Şuşada 5 saat yaralı halda döyüşən “Mixaylo” ləqəbli Mehti Şıxəliyev.
Qorxmaz ürəyə sahib olan Mehti əməliyyatların birində 5 silahdaşı ilə yüksəkliyi ələ keçirsə də güllə yarası alır. Lakin yarasını sarıyaraq vuruşmağa davam edir. Digər yaralanmış dostunu da qaynar nöqtədən götürməyi bacarır. Ermənilər yüksəkliyi qoyub qaçanda isə arxadan kömək gəlir. Lakin gec olur, Mehti çoxlu qan itirdiyi üçün şəhidlik mərtəbəsinə ucalır.
Allah Mehti Şıxəliyevin timsalında bütün şəhidlərimizə rəhmət eləsin!

MM.AZ