18 Oktyabr – Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü

ölkə

18 OKTYABR AZƏRBAYCAN DÖVLƏTİNİN MÜSTƏQİLLİK GÜNÜDÜR.
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü bizə bir daha xatırladır ki, azadlıq heç vaxt verilmir – o, qazanılır.

Müstəqillikdən Zəfərə aparan yol.
Bu gün Azərbaycan müstəqilliyinin artıq bərpa yox, bərqərar olunmuş mərhələsini yaşayır.
Əgər 1991-ci ilin 18 oktyabrı müstəqilliyin hüquqi bərpası idisə,
2020-ci ilin 8 noyabrı onun real, hərbi-siyasi möhkəmlənməsi oldu.
Bu gün Azərbaycan artıq öz milli maraqlarını diktə edən, suveren iradəsini qətiyyətlə həyata keçirən güclü, qalib dövlət kimi beynəlxalq aləmdə tanınır.
Azərbaycanın müstəqilliyi təkcə keçmişin qələbəsi deyil, gələcəyin təminatıdır. Bu müstəqillik qanla, fədakarlıqla və müdrikliklə qorunmuş dəyərdir.
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü bizə bir daha xatırladır ki, azadlıq heç vaxt verilmir – o, qazanılır və qorunur. MUASİRMEDİA.AZ