“Ramiz Mehdiyev müxalifətin 2003-cü ildən sonra dağılmış parçalarını zorla bir yerə toplayaraq, varlığına şərait yaradıb.
Ramiz Mehdiyev özünün nəzarətində olan bu müxalifətçilərdən zaman-zaman “deputat”, media rəhbəri, QHT sədri hazırlamaqla, “iş görən”, müxalifəti zərərsizləşdirən” məmur obrazı formalaşdırıb”.
Ramiz Mehdiyev özünün nəzarətində olan bu müxalifətçilərdən zaman-zaman “deputat”, media rəhbəri, QHT sədri hazırlamaqla, “iş görən”, müxalifəti zərərsizləşdirən” məmur obrazı formalaşdırıb”.
APA-da yayımlanan “Ramiz Mehdiyev – nankorluq və xəyanət anatomiyası: onun planında kimlər olub?” adlı məqalədə diqqətimi çəkən bu məqam haqda yazmaq istədim.
Son 17 ildə bu fikirlərin canlı şahidi olaraq deyə bilərəm ki, Ramiz Mehdiyev və onun əlatları – xüsusən də mətbuatı idarə edən Əli Həsənov hər zaman Dövlətə, Dövlətçiliyə və Cənab Prezidentə sadiq olan gənclərə, gənc jurnalistlərə və faəllara qarşı qısqanc münasibətdə olub.
Bu illər ərzində əmin olduq ki, Mehdiyev komandası üçün əsas dəyər dövlətə xidmət yox, şəxsi mövqelərini qorumaqdır. Onlar dövlətçilik anlayışını öz mənafelərinə uyğunlaşdırır, sadiqlik tələb edərkən özləri xəyanətin mərkəzində dayanırdılar. Onlara qarşı kim çıxırdısa, ən yaxşı halda “onu görən gözümüz yoxdur, heç bir tədbirdə yer almasın” damğası ilə qarşılaşırdı.
Onlar üçün keçmişi qaranlıq olmayan gənclər, təmiz insanlar, çirkin sifarişləri yerinə yetirməyənlər, səs yazmağı, torba tikməyi bacarmayan şəxslər heç vaxt prioritet olmadı. Çox təəssüflər olsun ki, Mehdiyev və Həsənovun dövründə mediada çox vaxt önə çəkilənlər vaxtilə Ulu Öndər Heydər Əliyevi, daha sonra Cənab Prezident İlham Əliyevi tənqid edən şəxslər idi.
Bu da təəssüflər olsun ki, bəzən dövlətini səmimi sevən insanları küsdürdü, onların bəziləri bu sahədən getdi, qalanlar isə çətinliklər və məhrumiyyətlərlə rastlaşdı. Bununla bağlı ortada onlarla fakt var.
Bu gün geriyə baxanda aydın görünür ki, həmin dövrün gənclərinə qarşı aparılan təzyiqlər, əslində, Azərbaycanın gələcək inkişafına qarşı idi. Ancaq əlahiddə zaman hər şeyi yerinə qoydu. O gənclər bu gün də cəmiyyətin, medianın və dövlət idarəçiliyinin müxtəlif sahələrində uğurla fəaliyyət göstərirlər. Onların qarşısını almaq istəyənlər isə tarixdə mənfi obraz, vətən xaini kimi qalacaqlar.
Şükürlər olsun ki, İlahi-ədalət gec-tez hər şeyi üzə çıxarır.
MUASİRMEDİA.AZ
HACIBƏY HEYDƏRLİ