Oktyabrın 20-də Qubadlı uğrunda döyüşlərdə minaya düşüb ağır yaralanır

HƏRBİ
5 yaşında çıxdığı Cəbrayılı 32 yaşında əsgərləri ilə alan, şəxsi heyəti ilə bir neçə yüz əsgərimizi mühasirədən çıxaran şəhid mayorumz Elsevər Paşayev (1988-2020). Oktyabrın 20-də Qubadlı uğrunda döyüşlərdə minaya düşüb ağır yaralanır. Qızğın döyüşlər getdiyindən, yaralı mayoru dərhal döyüş bölgəsindən uzaqlaşdırmaq mümkün olmur, nəticədə çoxlu qan itirib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Nəzrin və Banu adlı 2 qızı yadigar qalıb.
MM.AZ