“Vaxtilə Azərbaycan Kinematoqrafçılar İttifaqı iki yerə parçalanmışdı. Bu məsələdə əsas rolu olan şəxslər Prezident Administrasiyasının o zamanki rəhbəri Ramiz Mehdiyev və Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənov idi”.
Bunu Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev deyib.
O bildirib ki, R.Mehdiyev və Ə.Həsənov ittifaqı ləğv etməyə çalışırdı, amma bunu bacarmadılar: pizza mizza
“Həmin dövrdə nə qədər cəhd göstərsələr də, Rüstəm İbrahimbəyovu işdən çıxarmağa nail ola bilmədilər. Çünki o vaxtlar Kinematoqrafçılar İttifaqi ayrıca ictimai təşkilat idi, onun da ali orqanı “Qurultay” adlanırdı. Yəni burada hər şey seçki üsulu ilə keçirilirdi. Həmin dövrdə nə qədər istəsələr də ittifaqı ləğv edə bilmədilər. Yekun qərara olaraq bizi həmin binadan çıxartdılar”.
Xalq artisti söyləyib ki, bütün proseslərin başında R.Mehdiyev dururdu:
“1958-ci ildən bəri Hökumət Evində otururduq. İttifaq parçalandıqdan sonra balaca bir ofisə köçdük. Aradan müəyyən müddət keçəndən sonra qərar verildi ki, iki ayrı ittifaqı birləşdirək. Beləliklə də Azərbaycan Kinematoqrafçılar İttifaqı yenidən vahid təşkilata çevirildi. Uzun sözün qısası, bütün bu parçalanmanın əsas səbəbkarlarından birincisi, ən başda duranı elə Ramiz Mehdiyevi özü idi. Düzdür, şəxsən mənimlə hansısa bir qərəzli davranışları olmayıb, lakin hər şey göz qabağındadır”.
Xatırladaq ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci ildə parçalanmışdı. 2024-cü ilin martında 2 ittifaq rəsmən birləşib və adı Azərbaycan Kinematoqrafçılar İttifaqı olaraq saxlanılıb.
MM.AZ