Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı ölkəni tərk edib.
F.Qəhrəmanlı Fransaya köçdüyünü deyib.
“Son 5-6 ildə yaşadığım ev başqasına məxsus idi və o ev satıldığından artıq Bakıda qalmağım da qeyri-mümkün oldu. Ona görə müvəqqəti olaraq mühacirətə gəlməyim heç də AXCP-nin siyasi perspektivinə inamımın itməsi ilə bağlı deyil. Əgər mən ölkəmdə siyasi mübarizədən çəkindiyim üçün mühacirətə gəlmiş olsaydım, o zaman heç 4 dəfə cinayət məsuliyyətinə cəlb olunub həbs həyatı da yaşamazdım. Elə birinci həbsdən çıxandan sonra ölkəni tərk edib Avropaya gələrdim”, – o bildirib. pizza mizza
Qeyd edək ki, F.Qəhrəmanlı 1990-cı illərin əvvəlindən AXCP üzvüdür. O, uzun illərdir partiya rəhbərliyində təmsil olunur.
Xatırladaq ki, son illərdə AXCP-nin bir sıra tanınmış funksionerləri xaricə mühacirətə gedib.
MUASİRMEDİA.AZ