Mehdiyevlər ailəsinin üzvlərinin də istintaqa cəlb ediləcəyi gözlənilir.
Artıq mediada Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın istintaq tərəfindən dindirildiyi haqda iddialar yayılıb. Prosesin ailənin digər üzvlərini də əhatə edəcəyi gözlənilir. Bu baxımdan indi diqqətlər daha çox Mehdiyevin fövqəladə hallar nazirinin müavini postunu tutan general-mayor Teymur Mehdiyevin üzərində cəmləşib.
Atasının həbsindən sonra işə gələn Teymur Mehdiyev sürprizlə qarşılaşıb. Belə ki, ona proseslərin sonuna qədər işə çıxmamaq əmri çatdırılıb. Şifahi əmrin birbaşa fövqəladə hallar naziri Kamaləddin Heydərov tərəfindən verildiyi bildirilir. Qeyd edək ki, Teymur Mehdiyev 2004–2006-cı illərdə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm nazirinin müavini, 2006–2011-ci illərdə isə Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini, 2011–2014-cü illərdə isə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifələrində çalışıb. O, 5 may 2014-cü il tarixindən etibarən general-mayor rütbəsi ilə Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini postunu tutur.
MM.AZ