Afaq Bəşirqızı: “Bir dəfə aktyorlar rayonlardan birinə qastrol səfərinə getmişdilər. Biz yolda düşəsi olduq. Bir neçə dəfə çay, su istədim. Çay evində adam çox idi. Xidmətçi o tərəf-bu tərəfə gedib gəlirdi. Lütfəli əmi bir neçə dəfə “ay bala, bizə çay gətir”, – desə də xidmətçi “əmi bu saat, bu saat” deyib yubanırdı. Beləcə, yarım saata qədər vaxt keçdi. Lütfəli əmi qalxdı ayağa, onların çay dəmlədiyi yerə yaxınlaşıb, bir ovuc quru çayı udub, üstündən su içdi. Sonra orada oturdu. Hamı da maraqla ona baxırdı. Xidmətçi soruşdu ki, əmi neynirsən? Lütfəli əmi cavab verdi ki, bala heç nə, dəm alıram”.
MM.AZ