Yeməkləri uzun müddət saxlamağın ən sağlam yolu dondurmaqdır

Səhiyyə

Qida və hazır yeməkləri plastik qablarda saxlamaq sağlamlıq üçün təhlükəli ola bilər.
“Petrovsky adına Rusiya Cərrahiyyə Mərkəzi”nin mütəxəssisi Valeriya Zaretskayanın sözlərinə görə, bəzi plastik qablar (xüsusilə “3”, “6” və “7 (PC)” işarəliləri) zərərli kimyəvi maddələr ifraz edərək ürək ritminə mənfi təsir göstərə bilər. O, mikrodalğalı sobada plastik qablardan istifadə etməməyi və qidaların saxlanması üçün daha təhlükəsiz materiallara üstünlük verməyi tövsiyə edib.

Samoylova qeyd edib ki, dondurulmuş məhsulların saxlama müddəti məhsulun növündən asılıdır: balıq və toyuq maksimum üç ay, tərəvəz və meyvələr isə bir ilə qədər dondurucuda qalaraq keyfiyyətini qoruyur. “Yeməkləri təzə halda dondurmaq həm dad, həm də qida dəyərinin itməməsi baxımından daha məqsədəuyğundur,” – deyə mütəxəssis əlavə edib.

MM.AZ