Azərbaycanın Tülküləri və Quzuları.
Elton Məmmədov uzun illər Ramiz Mehdiyevin yaxın çevrəsinə daxil olub və onun siyasi dayaqlarından biri sayılıb.
Parlamentdə olduğu müddətdə Mehdiyevin tapşırıqlarını icra edən sabiq deputat, həm siyasi, həm də iqtisadi qərarların həyata keçirilməsində mühüm rol oynayıb. Onun bir çox dövlət layihələrinin tender və pay bölgüsündə vasitəçi rolunda çıxış etdiyi iddia olunur.
Parlamentdə olduğu müddətdə Mehdiyevin tapşırıqlarını icra edən sabiq deputat, həm siyasi, həm də iqtisadi qərarların həyata keçirilməsində mühüm rol oynayıb. Onun bir çox dövlət layihələrinin tender və pay bölgüsündə vasitəçi rolunda çıxış etdiyi iddia olunur.
Qardaşın “imtiyazlı” nazirliyi…
Digər qardaş – Ziya Məmmədovun da Ramiz Mehdiyevin dəstəyi ilə uzun müddət yüksək vəzifədə qalması təsadüfi sayılmır. Nazir olduğu illərdə Nəqliyyat Nazirliyi dövlət büdcəsindən ayrılan yüz milyonlarla manatlıq layihələri həyata keçirib. Bu layihələrin bir hissəsinin “özəl şirkətlər” vasitəsilə ailə biznesinə yönəldiyi barədə iddialar dəfələrlə mediada səsləndirilib.
Mənbələr bildirir ki, dövlət əmlaklarının mənimsənilməsi, saxta tender mexanizmləri və şişirdilmiş qiymətlərlə həyata keçirilən tikinti işləri Mehdiyev-Məmmədov xəttinin əsas “qazanc mənbəyi” olub. Həmin dövrdə Nəqliyyat Nazirliyinin tabeçiliyində olan bir çox müəssisələr özəl şəxslərin adlarına keçirilərək, dövlət balansından çıxarılıb.
Sistemin dağılması və gizli əlaqələrin üzə çıxması…
Ramiz Mehdiyevin nüfuzunun azalması ilə bu şəbəkənin də dayaqları sarsılıb. Ziya Məmmədovun vəzifədən uzaqlaşdırılması və Elton Məmmədovun siyasi səhnədən çəkilməsi də həmin dövrdə baş verib. Lakin son hadisələr göstərir ki, bu münasibətlər sadəcə vəzifə ilə bitməyib — bir çox gizli biznes əlaqələri hələ də araşdırılmamış qalır.
Ekspertlər hesab edirlər ki, Elton və Ziya Məmmədov qardaşlarının fəaliyyəti Ramiz Mehdiyevin “gizli idarəetmə imperiyası”nın tərkib hissəsi olub. Onlar illərlə bu əlaqədən şəxsi maraqlar üçün istifadə edərək həm siyasi, həm də iqtisadi güc qazanıblar.
Yeni araşdırma gözlənilir…
Mənbələrin bildirdiyinə görə, hüquq-mühafizə orqanları artıq Mehdiyevlə yaxın əlaqədə olan keçmiş və hazırkı məmurların fəaliyyətini araşdırır. Bu çərçivədə Məmmədov qardaşlarının da ifadəyə çağırılması istisna edilmir.
İctimai rəyin tələb etdiyi kimi, bu proses illərlə dövlət əmlakının şəxsi maraqlara xidmət etdiyi dövrün ifşası ola bilər.
MUASİRMEDİA.AZ