Y.A.Eyyubovun “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Cəmiyyət

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında böyük xidmətlərinə görə Yaqub Abdulla oğlu Eyyubov “İstiqlal” ordeni ilə təltif edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 oktyabr 2025-ci il