Sabirabad Rayon Mərkəzi Xəstəxanasında xəstə baxıcısı döyülüb.

Hadisə

İddiaya görə, xəstə baxıcısı xəstəxananın direktoru Həsən Hüseynov tərəfindən xüsusi amansızlıqla döyülüb. Qadın məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Faktla bağlı cinayət işinin başlandığı deyilir.

Qeyd edək ki, Həsən Hüseynovun Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin bacanağı olduğu deyilir.

MM.AZ