Əli İbrahimovun döyüş yolu

HƏRBİ
23 oktyabr 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının sədri Fidan Hüseynova və təşkilatın əməkdaşları Vətən müharibəsi şəhidi İbrahimov Əli Bəxtiyar oğlunun anım günü münasibətilə Quba şəhər Şəhidlər xiyabanındakı məzarını ziyarət ediblər.
Ziyarət zamanı şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Əli İbrahimovun döyüş yolu, vətənpərvərliyi və göstərdiyi qəhrəmanlıq nümunələrindən bəhs edilib. Qeyd olunub ki, torpaq uğrunda canını fəda edən qəhrəmanlarımızın xatirəsi xalqımız üçün daim müqəddəsdir və heç vaxt unudulmayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
MM.AZ