Sabah Müslüm Maqomayevin (1942-2008) anım günüdür.

Mədəniyyət
Sabah Müslüm Maqomayevin (1942-2008) anım günüdür. Valideynlərinin narazılığına baxmayaraq hələ 18 yaşında Ofeliya adlı qızla evlənir. Mariya adlı qızı dünyaya gəlir. Lakin bu evlilik qısa sürür. Qızına Marina adını təsadüfən verməmişdi. Hələ yeniyetmə yaşında Marina adlı qıza vurulmuşdu. Bu yaraşıqlı gəncə müxtəlif qadınlar sevgi etirafları edirdilər. Hətta SSRİ mədəniyyət naziri Yekaterina Furtseva da Müslümə aşiq olmuşdu. Sovet rəhbərlərinin sevimli müğənnisi idi. Leonid Brejnev, Yuri Andropov, Heydər Əliyev isə onun fanatlarıydılar..Bir dəfə Fransa səfərindən geri dönəndə SSRİ Daxili İşlər Nazirliyinə çağırılır. Ona bildirilir ki, konsert üçün təşkilatçılar tərəfindən artıq məbləğ alıb. Günahı olmadan çək-çevirə salınır. Həmin müddətdə Müslüm altı ay müddətinə efirdən və konsertlərdən uzaqlaşdırılır. Onu “KQB” sədri Yuri Andropov “xilas edir”. Belə ki, o zaman “KQB”nin yubileyi idi. Andropov şəxsən özü mədəniyyət naziri Furtsevaya zəng vurur və yubileydə Müslümün ifa etməsini istəyir: “Mənim uşaqlarım Maqomayevi dinləmək istəyirlər”. Halbuki, bu zaman Maqomayevə səhnəyə çıxmaq qadağan edilmişdi. Mədəniyyət naziri xanım Furtseva məsləni Andropovun diqqətinə çatdırır. Nazirdən müğənninin istintaqa cəlb edildiyini eşidən “KQB” sədri Andopov bildirir: “Bizim siyahıda o, tərtəmizdir”.
Beləcə, Müslümə qoyulan qadağalar aradan qalxır.

MM.AZ